Azərbaycanda faciə: Hamilə qadın xəstəxanada VƏFAT ETDİ –  FOTObackend

Azərbaycanda faciə: Hamilə qadın xəstəxanada VƏFAT ETDİ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astara sakini olan 5 aylıq hamilə olan qadın Bakıda ölüb.

NOCOMMENT.az-ın Cənub bürosunun verdiyi xəbərə görə, Astara rayonunun Rinə kənd sakini olan, hamilə qadın Zümrüd Kamran qızı Hacıyeva ölüb.

Z.Hacıyevanın səhhətində yaranan ağırlaşmaya görə Bakı şəhərinə xəstəxanaların birinə göndərilib. Həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq o, müalicə aldığı xəstəxanada ölüb.

Əldə etdiyimiz məlumata görə Z.Hacıyeva 5 il idi ailə qurub. Onun xərçəng xəstəliyindən əziyyət çəkdiyi bildirilir. Meyit ailəsinə təhvil verilib və kənd qəbiristanlığında dəfn olunub.

Qeyd edək ki, Z.Hacıyeva hamiləliyinin 5 aylığında vəfat edib.