Əməkdar incəsənət xadimini kinostudiyadakı otağından çıxarıb, əşyalarını doğradılar – FOTObackend

Əməkdar incəsənət xadimini kinostudiyadakı otağından çıxarıb, əşyalarını doğradılar – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış qrim rəssamı, Əməkdar incəsənət xadimi Elbrus Vahidov “Azərbaycanfilm” kinostudiyasındakı otağından zorla çıxarılıb. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə kinoşünas Sevda Sultanova Teleqram kanalında məlumat yayıb.

O bildirib ki, Elbrus Vahidova xəbərdarlıq olunmadan, əşyaları çölə atılaraq otağı boşaldılıb. 

“”Tütək səsi”, “Yeddi oğul istərəm”, “İstintaq”, “Fəryad” və onlarla filmdə qrim rəssamı işləmiş 75 yaşlı Elbrus Vahidovu “Azərbaycanfilm” kinostudiyasındakı otağından yeni rəhbərlik çıxarıb. Bəli, Elbrus müəllim orda ştatda deyil, aydındır. Ən pisi odur ki, Elbrus müəllimə xəbərdarlıq etmədən, hörmətsizlik edərək otağına girərək, onun əşyalarını çıxarıb tullayıblar. Üstəlik, deyilənə görə, onun qrim masasını doğrayıblar. Bəhanə də bu olub ki, otağı arendaya veririk”, – deyə S.Sultanovanın paylaşımında qeyd edilib.

Qeyd edək ki, Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının hazırkı direktoru Qurban Pirimovdur. /Unikal/

  • Əməkdar incəsənət xadimini kinostudiyadakı otağından çıxarıb, əşyalarını doğradılar (FOTO)

Buna da baxın

Kartdan pul oğurlandı: “Bir saata qaytaracam” deyib vətəndaşı aldatdılar – FOTOLARbackend
Kartdan pul oğurlandı: “Bir saata qaytaracam” deyib vətəndaşı aldatdılar – FOTOLAR