ABŞ onun başına 10 milyon qoydu – ŞOK isimbackend

ABŞ onun başına 10 milyon qoydu – ŞOK isim

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti “Ədalət naminə mükafat” (Rewards for Justice) proqramı çərçivəsində beynəlxalq axtarışa verilən terrorçular siyahısına daha bir təhlükəli ismi əlavə edib. Rəsmi Vaşinqton İraqda fəaliyyət göstərən və İran tərəfindən dəstəklənən “Kətaib Seyid əş-Şühəda” (KSS) silahlı qruplaşmasının lideri Haşim Finyan Rəhim əs-Saracinin (Əbu Ala əl-Valai kimi də tanınır) yerini deyən və ya tutulmasına kömək edən şəxsə 10 milyon dollar məbləğində mükafat vəd edir.

NOCOMMENT.az xəbər verir ki, bu qərar qruplaşmanın İraq və Suriyada ABŞ hərbçilərinə, diplomatik missiyalarına və beynəlxalq koalisiya qüvvələrinə qarşı törətdiyi çoxsaylı qanlı hücumlarla əlaqələndirilir. 2014-cü ildə İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə yaradılan, lakin sonradan radikal fəaliyyətlərə yönələn bu təşkilat artıq ABŞ tərəfindən xarici terror təşkilatları siyahısına daxil edilib. Dövlət Departamentinin bəyanatında qeyd olunur ki, əs-Saraci təkcə hərbi hədəfləri deyil, həm də İraqın daxili sabitliyini hədəf alaraq mülki əhalinin ölümünə səbəb olan əməliyyatların əsas koordinatorudur. Məlumat verən şəxslərin təhlükəsizliyi və lazım gələrsə başqa ölkəyə köçürülməsi (relokasiya) üçün bütün zəmanətlər verilib.

Sara,
NOCOMMENT.az