Sagirddən müəllimə qarşı ŞOK hərəkət – Sosial şəbəkə hesablarını ələ keçirib… – FOTObackend

Sagirddən müəllimə qarşı ŞOK hərəkət – Sosial şəbəkə hesablarını ələ keçirib… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Arxangelsk vilayətində yerləşən məktəblərdən birində baş verən hadisə ictimaiyyətin diqqətini cəlb edib. Tarix müəlliminin sözlərinə görə, ona bu yaxınlarda birinci ixtisas kateqoriyası verilib. Lakin qısa müddət sonra onun adından sosial şəbəkədə saxta hesab yaradıldığı və həmin platformada müəllim barədə həqiqətə uyğun olmayan məlumatların yayıldığı üzə çıxıb.

NOCOMMENT.az xəbər verir ki, aparılan araşdırma zamanı məlum olub ki, saxta hesab 15 yaşlı şagird tərəfindən yaradılıb. O, müəllimin açıq sosial şəbəkə hesablarından götürdüyü şəkillərdən istifadə edib.

Bildirilir ki, hadisə şagirdin qiymətləndirmə ilə bağlı narazılığından sonra baş verib. Müəllimin sözlərinə görə, şagird nəzarət işində tapşırığı yerinə yetirmədiyi üçün ona aşağı qiymət verilib və bu səbəbdən o, belə bir addım atıb.

Müəllim hüquq-mühafizə orqanlarına müraciət edib. Şagirdin yaşı nəzərə alınaraq məsələ yetkinlik yaşına çatmayanlarla bağlı komissiyada araşdırılıb və profilaktik tədbirlər görülüb.

Hadisədən bir müddət sonra müəllim çalışdığı təhsil müəssisəsindən öz istəyi ilə ayrılıb.

Sara,