Elm və təhsil nazirinin müvafiq əmri ilə Qədir Xəlilova Elm və Təhsil Nazirliyi nəzdində Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri vəzifəsi həvalə olunub.
NOCOMMENT.az xəbər verir ki, hüquq elmləri üzrə fəlsəfə doktoru olan Qədir Xəlilov 2025-ci ildən bu günədək Dövlət Proqramı İdarəetmə Qrupunda layihə rəhbəri olaraq fəaliyyətini davam etdirib.
O, daha əvvəl Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edib. Bundan başqa, Energetika və Ədliyyə nazirliklərində mühüm rəhbər postlarda beynəlxalq layihələri idarə edib, 2014-cü ildə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.\\kredit.az









