ABŞ Prezidenti Donald Tramp rəsmi Tehranın hazırda ağır böhran içində olduğunu və Vaşinqtondan təcili yardım istədiyini iddia edib. Ağ Ev rəhbəri bu barədə özünün “Truth Social” platformasındakı hesabında məlumat paylaşaraq beynəlxalq aləmdə böyük səs-küyə səbəb olan bəyanatlar səsləndirib.
NOCOMMENT.az xəbər verir ki, Donald Tramp İranın “kollaps” (çöküş) vəziyyətində olduğunu və ABŞ-dan strateji əhəmiyyətli Hörmüz boğazını açmağı xahiş etdiyini bildirib. “İran indicə bizə məlumat verdi ki, onlar hazırda ‘kollaps’ vəziyyətindədirlər. Onlar öz rəhbərlikləri ilə bağlı vəziyyəti qaydasına salmağa çalışarkən (mən buna nail olacaqlarına inanıram!) bizdən ‘Hörmüz boğazını’ mümkün qədər tez açmağımızı istəyirlər”, – deyə ABŞ Prezidenti vurğulayıb.
Sara,
NOCOMMENT.az









