Şirvan şəhərində “Salyan dairəsi” kimi tanınan ərazi sürücülər üçün təhlükə mənbəyinə çevrilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə müraciət daxil olub.
Bildirilib ki, asfalt örtüyünün sıradan çıxması, yolun yararsız vəziyyətdə olması ərazidə tez-tez yol-nəqliyyat hadisələrinin baş verməsinə, həmçinin nəqliyyat vasitələrinə maddi ziyan dəyməsinə səbəb olur.
“Neçə vaxtdır yol bu vəziyyətdədir, amma gəlib tədbir görən yoxdur”, – deyə şikayətdə qeyd edilib./Oxu.Az/



Şirvan Şəhər İcra Hakimiyyətindən Oxu.Az-ın sorğusuna cavab olaraq fakt təsdiqlənib.
“2025-ci il ərzində Şirvan şəhərinin N.Nərimanov, F.Eynullayev, T.Ələkbərov, 20 Yanvar, M.İbrahimov o cümlədən 26 küçəsində 48 729.4 kv.m əraziyə asfalt çəkilib. Bu il ərzində asfaltlanma işləri başlananda qeyd olunan M.Mirzəyev küçəsinə də (“Salyan dairəsi”) asfalt örtüyü vurulacaq.
Son 5 il ərzində ümumilikdə şəhərin 142 küçəsinə 257 506 kv.m asfalt-beton örtüyü vurulub”, – deyə məlumatda bildirilib.









