Bu şəxslər ölkədən çıxa bilməyəcəkbackend

Bu şəxslər ölkədən çıxa bilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Borcunu ödəməyənlərə ölkədən çıxış qadağası tətbiq oluna bilər.

NOCOMMENT.az xəbər verir ki, məsələ Milli Məclisin mayın 1-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, gömrük orqanlarının strukturuna dair müddəaların təkmilləşdirilməsi, həmçinin qurum üçün bir sıra yeni vəzifə və hüquqların müəyyən edilməsi nəzərdə tutulur.

Sənədə görə, xarici ticarət iştirakçısı gömrük borcunu ödəmədiyi halda, borcun ödənilməsini təmin etmək məqsədilə gömrük orqanlarına mühüm səlahiyyət verilir. Belə ki, qurum fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət edə biləcək.

Eyni zamanda, həmin əsaslar aradan qalxdıqda, tətbiq edilən məhdudiyyətin götürülməsi barədə qərarın qəbul edilməsi hüququnun da gömrük orqanlarına verilməsi təklif olunur.

Qeyd edilir ki, hazırda ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yalnız məhkəmə qərarı ilə tətbiq olunur. Təklif edilən dəyişikliklər isə bu prosesdə operativliyin artırılmasına xidmət edəcək./modern.az/