Ermənistan mətbuatı Qarabağdakı erməni seperatçılarının “dövlət naziri” olmuş Ruben Vardanyanın Qaradağ rayonundakı Umbakı həbsxana kompleksinə köçürülməsi ilə bağlı məlumat yayıb.
Bakupost.az “Cebheinfo.az”a istinadla xəbər verir ki, bu barədə Beynəlxalq və Müqayisəli Hüquq Mərkəzinin Siranuş Sahakyan “NEWS.am”-a bildirib.
O qeyd edib ki, R.Vardanyanın ailəsindən onun Bakının Qaradağ rayonundakı Umbaki həbsxana kompleksinə köçürülməsi ilə bağlı məlumat alıb.
Xatırladaq ki, fevralın 17-də Bakı Hərbi Məhkəməsində separatçı, özünü ləğv etmiş Dağlıq Qarabağ respublikasının keçmiş dövlət naziri, rusiyalı milyarder Ruben Vardanyana 20 il həbs cəzası verilib.
Vardanyan sülh və bəşəriyyətə qarşı cinayətlərdə, müharibə cinayətlərində, terrorçuluqda və digər ağır cinayətlərdə təqsirli bilinib.










