ABŞ Prezidenti Donald Tramp Ağ Ev qarşısında jurnalistlərin suallarını cavablandırarkən İranla davam edən müharibənin başa çatması üçün iki kəskin variantın olduğunu bəyan edib.
O, hərbi rəhbərlikdən, o cümlədən Mərkəzi Komandanlığın rəhbəri admiral Bredli Kuperdən İranla bağlı hərbi seçimlər barədə brifinq aldığını təsdiqləyib.
NOCOMMENT.az xəbər verir ki, Tramp münaqişənin həlli yollarını belə xarakterizə edib:
“Bəzi variantlar var. Yəni biz sadəcə gedib onları darmadağın edib, onlara birdəfəlik son qoymaq istəyirik? Yoxsa razılığa gəlməyə çalışmaq istəyirik? Əslində, variantlar bunlardır”. Prezident “insani baxımdan” razılığa gəlməyə üstünlük verdiyini desə də, İranın son təkliflərindən “məmnun olmadığını” bildirib. Hazırda ABŞ və İran arasında Pakistanda vasitəçiliklə aparılan danışıqlar və aprelin 7-dən bəri qüvvədə olan kövrək atəşkəs fonunda Trampın bu açıqlaması Vaşinqtonun sərt hərbi varianta qayıda biləcəyi siqnalı kimi qiymətləndirilir. Xüsusilə Hörmüz boğazının bağlı qalması və İran tərəfinin tələblərinin “qəbuledilməz” olması Ağ Evin qəti addımlar atmaq ehtimalını artırır.
Sara










