İtkin düşmüş erməni əsgərlərinin valideynləri Ermənistanın müdafiə naziri David Tonoyanla və ya Baş Qərargah rəisi Onik Qasparyanla görüşməyi tələb edirlər.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, itkin düşənlərin qohumları xeyli sayda polislə dolu olan nazirliyin binası qarşısında etiraz aksiyası keçiriblər.
“Mənim uşağım artıq 50 gündür ki, yoxdur. Uşaqlarımız üçün kim cavab verəcək?”, – deyə əsgər anaları Müdafiə Nazirliyinin nümayəndələrindən cavab tələb ediblər.