COVİD – 19 virusunun müalicəsinin iki əsas dərmanı əldə satılır – Deputatbackend

COVİD – 19 virusunun müalicəsinin iki əsas dərmanı əldə satılır – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Millət vəkili Azərbaycanda koronavirusa (COVİD-19) yoluxan xəstələrin müalicəsi zamanı ciddi dərman qıtlığı ilə rastlaşdığını bildirir.

Etibar Əliyev

NOCOMMENT.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Etibar Əliyev özünün sosial hesabında yazıb.

“Lənətə gəlmiş COVİD -19 virusunun müalicəsinin iki əsas dərmanı əldə satılır. Favirpiravir və Kleksan (iynə). Sovet vaxtı “Kubinka” deyilən yer var idi, ürəyin istədiyin şeyi gedib oradan alırdın. İndi Kubinka yoxdur. Heç olmasa bu vacib dərmanları “Sədərək” Ticarət Mərkəzinə gətirsinlər ki, camaatımız bir ünvanda yerini bilsin.

Niyə Apteklərdə bu dərmanlar yoxdur? Əgər birincini Türkiyə, Banqladeş, Hindistan kütləvi istehsal edirsə, bu dərmanlar niyə Apteklərdə yoxdur!?”,- deyə deputat haqlı olaraq qeyd edib.

Favipiavir dərman