Obyektivlik üçün etiraf etmək lazımdır ki, nəticədən asılı olmayaraq, Prezident İlham Əliyevin sözü Ermənistanın daxili siyasi həyatında mühüm amilə çevrilib.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın “Aysor.am” nəşri məqalə dərc edib.
“Əliyev İrəvanın daxili gündəminə müdaxilə edir və bunu etməyə hüququ var. Tarixi həqiqət nöqteyi-nəzərindən, o, Qarabağ epopeyasının növbəti raundunda qələbə qazanmış bir şəxs kimi erməniləri fakt qarşısında qoyub, cəmiyyətimizi parçalamağa kömək edə bilər. Bunu inkar etmək məntiqli deyil, ancaq düzgün nəticə çıxarmaq lazımdır”, – deyə məqalədə bildirilir.