Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində itkin düşmüş şəxs kimi qeydə alınanlarların sayı 1 oktyabr 2020-ci il tarixinə 3 890 nəfərdir.
Dövlət Komissiyasının İşçi qrupundan NOCOMMENT-ə verilən məlumata görə, rəsmi qeydiyyatından keçən itkin düşmüş şəxslərdən hərbçilərin sayı 3 171 nəfər, mülki şəxslərin sayı 719 nəfərdir.
Ümumilikdə itkinlərin 3 623 nəfərini kişilər, 267 nəfərini qadınlar təşkil edir.
İtkin kimi qeydə alınmış mülki şəxslərdən uşaqlar 71 nəfər, qadınlar 267 nəfər, qocalar 326 nəfərdir.
Haqqında Dövlət Komissiyasına əsir-girov götürülməsi barədə məlumatlar daxil olmuş şəxslər isə hazırda 872 nəfər təşkil edir. Bunlardan 774-ü kişilər, 98-i qadınlardır.
Əsir-girov götürüldüyü bildirilən şəxslərin 605 nəfəri hərbçi, 267 nəfəri mülki şəxsdir.
Həmin mülki şəxslərin 29 nəfəri uşaqlar, 98 nəfəri qadınlar, 112 nəfəri qocalardır.
1 oktyabr 2020-ci il tarixinə olan məlumata görə, əsir və girovluqdan azad edilmiş şəxslər 1 480 nəfər olub. Onlardan hərbçilər 378 nəfər, mülki şəxslər 1 102 nəfər təşkil edib.
Əsir və girovluqdan azad edilmiş mülki şəxslərin 224-ü uşaqlar, 357-si qadınlar, 225-i qocalar olub.