Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladıbackend

Bakıda sərnişin taksi sürücüsünün külli miqdarda pulunu oğurladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sərnişin daşıma ilə məşğul olan Göyçay rayon sakinindən Yeni il ərəfəsində külli miqdarda oğurluq edilib.

NOCOMMENT oxu.az-a istinadən bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

1982-ci il təvəllüdlü Anar Bəşirov paytaxtın Yasamal rayonu 28-ci Polis Bölməsinə müraciət edib.

Kişi Ayna Sultanova küçəsində bir sərnişinin taksiyə mindiyini deyib. Sərnişin taksidən endirdikdən sonra sürücü avtomobilindən 1900 dolların yoxa çıxdığını aşkar edib.

Qeyd edək ki, indiyə qədər bu faktla bağlı heç kim saxlanılmayıb. Əməliyyatçılar şübhəlinin şəxsiyyətinin müəyyənləşdirilməsi üzərində işləyirlər.