DİZEL yanacağının bahalaşması ölkənin qiymət siyasətinə təsirsiz ötüşməyəcək – İqtisadçı-jurnalistbackend

DİZEL yanacağının bahalaşması ölkənin qiymət siyasətinə təsirsiz ötüşməyəcəkİqtisadçı-jurnalist

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının qərarı ilə Aİ-92 markalı avtomobil benzininin və Dizel yanacağının pərakəndə satış qiyməti artırıldı. Dizel yanacağının topdansatış qiymətinin 33,3% bahalaşması iqtisadiyyata təsirsiz ötüşməyəcək. 

İlham Məmmədov - Jurnalist və PR mütəxəssis
İlham Məmmədov

NOCOMMENT.az xəbər verir ki, bunu iqtisadçı-jurnalist İlham Məmmədov bildirirb.

İ.Məmmədov yanacağın son qiymət artımı zamanı iqtisadiyyatın bir çox sahələrində ərzaq və qeyri-ərzaq mallarında, bəzi xidmət sektorunda qiymət artımından qaçmaq üçün subsidiyalar və kompensasiyalar ayrılacağını, lakin ölkə iqtisadiyyatında, təbii qiyməti formalaşdıran bazarda bir çox real sektorlar və xidmətlərin bu subsidiya və kompensasiyalara düşmədiyini söyləyib.

Məsələn, Aİ 92 və DİZEL yanacağının qiymət artması daşımaçılıq (logistika xidməti), ölkədə idxal və dağıtım fəaliyyəti ilə məşğul olan iri şirkətlərin (Azərsun, Veysəloğlu, Avrora, Koroğlu, ENGİN, Delta, Bolluq və digər) maya xərclərinə ciddi təsir edəcək.

Hansı ki, bu şirkətlərin xidmətləri nəticəsində bazar qiymətinə birbaşa və bilavasitə təsir edən idxalçı və dağıtım şirkətləri ya gəlirini azaltmalıdır, ya da tədricən ərzaq və qeyri-ərzaq məhsullarının qiymətini artırmalıdır. Adətən ikincinin baş vermə ehtimalı daha realdır və bu da təbiidir. Sonuncu belə tədricən baş verən qiymət artımı 2020-ci ilin birinci yarımilində müşahidə edildi deyə İ.Məmmədov həmçinin bildirib.  

“Pandemiya dönəmində məhz DİZEL yanacağının nə az, nə çox 33,3% qiymət artımı ölkədə qiymət siyasətində təsirsiz ötüşməyəcək” – deyə iqtisadçı-jurnalist vurğulayıb.

Qeyd edək ki, 2022-ci ilin iyun ayınadək dizel yanacağının, 2023-cü ilin iyun ayınadək isə Aİ-92 markalı avtomobil benzininin AVRO-5 standartına tam uyğunlaşdırılması nəzərdə tutulur.

Ölkədə Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 1 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 80 qəpik müəyyən edilib.

NOCOMMENT.az