Erməni dramının devalvasiyası davam edir.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Joxovurd” qəzeti yayıb. Son həftə ərzində dolların 1,5 dram, avronun 2 dram, rublun isə 1,27 dram bahalaşdığı bildirilib.
Məlumata görə, dünən banklarda dollar 527 dram, avro 648 dram, rus rublu isə 7,27 dram təşkil edib:
Qeyd edək ki, noyabrın əvvəlində dollar 490 civarında idi.