Naxçıvanda ZƏLZƏLƏ oldubackend

Naxçıvanda ZƏLZƏLƏ oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün yerli vaxtla saat 17:22-də Şahbuz stansiyasından 10 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən NOCOMMENT.az -a bildirilib ki, zəlzələ episentrdə 4, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, yanvarın 21-də də Şahbuz stansiyasından 11 km şimal-qərbdə Şahbuz rayonunda zəlzələ qeydə alınıb. Yeraltı təkanlar episentrdə 4, yaxın yaşayış məntəqələrində isə 3 bala qədər hiss edilib.