Ermənilər Qarabağda təxribatlara davam edirlər.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Xocavənd rayonunun mərkəzində erməni faşist lideri, azərbaycanlılara qarşı 1918-1920-ci illərdə soyqırımı həyata keçirmiş Qaregin Njdeyə heykəl ucaldılıb.
Qaregin Njde Hitler Almaniyası ilə əməkdaşlıq etdiyi üçün Sovet İttifaqı məhkəməsi tərəfindən həbsə məhkum olunmuşdu. O, 1955-ci il dekabrın 21-də Rusiyanın Vladimir şəhərində həbsxanada ölmüşdü.