Siyasi partiya funksionerlərinin vaksinasiyasına başlanılıbbackend

Siyasi partiya funksionerlərinin vaksinasiyasına başlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların nümayəndələrinin vaksinasiyasına başlanılıb.

NOCOMMENT xəbər verir ki, peyvəndləmə M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Klinik Xəstəxanasında həyata keçirilir.

Xəstəxananın həkim-reanimatoloqu Samirə Ağalarova bildirib ki, bu gün 22 siyasi partiya nümayəndəsi vaksinasiya edilib: “Onların heç birində əlavə təsirlər qeydə alınmayıb. Hər kəsi peyvənd olunmağa dəvət edirik. Yalnız bu yolla virusa qalib gələ bilərik”.

Qeyd edək ki, fevralın 17-dən etibarən 50 yaş və daha yuxarı şəxslərin COVİD-19 xəstəliyinə qarşı vaksinasiyası başlayıb.

Yanvarın 18-dən etibarən Azərbaycanda Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksini tətbiq edilir.