Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya – VİDEObackend

Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiyaVİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Qaradağ rayonunda məcburi köçkünlərin yaşadığı “Qobu Park” yaşayış kompleksində Xocalı faciəsinin qurbanları anılıb.

NOCOMMENT.az xəbər verir ki, yaşayış kompleksinin binalarının sakinləri soyqırım qurbanlarının xatirəsini işıqlı kompozisiya ilə anıblar.

Sakinlər gecə vaxtı pəncərələrin işıqları yandırılıb-söndürülməklə kompleksdəki binaların fasadında Xocalı soyqırımını yada salan sözlər və rəqəmlər yazılıb.

Beləliklə, məcburi köçkünlər həmrəylik və birlik nümayiş etdirərək, soyqırımı qurbanlarının xatirəsinə ehtiramlarını bildiriblər. Binaların fasadında pəncərələrdən süzülən işıqla bir-birinin ardınca JUSTİCE FOR KHOJALY, XOCALI sözləri və soyqırımının baş verdiyi tarixi – 26.02.1992, soyqırımı qurbanlarının sayını – 613, faciədən ötən müddəti ifadə edən – 29 rəqəmləri əks olunub.

Qeyd edək ki, kompozisiya Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub.