Prezident İlham Əliyevin xüsusi qayğısı nəticəsində mənzil və fərdi evlə təmin olunan şəhid ailələri və müharibə əlillərinin sayı ildən-ilə əhəmiyyətli dərəcədə artır.
Nazirlikdən NOCOMMENT-ə verilən məlumata görə, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev təqdim edilibsə, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib.
Dövlət başçısının tapşırığına əsasən 2020-ci ildə əvvəlki illə müqayisədə 70 faizə yaxın çox olmaqla 1 572 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlara verildi. 2021-ci ildə isə 2018-ci ilə nisbətən bu proqram beş dəfəyə yaxın genişlənəcək. Bu il üç minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə əlillərinə təqdim ediləcək.
Ümumilikdə bu vaxta qədər 9 200-dək mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.