Ölkədə bir ayda boşanmaların sayı açıqlandıbackend

Ölkədə bir ayda boşanmaların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cari ilin ilk ayında Azərbaycanda Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2717 nikah və 1179 boşanma halı qeydə alınıb.

Dövlət Statistika Komitəsindən NOCOMMENT-ə bildiriblər ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 3,2, boşanmaların sayı isə 1,4 təşkil edib.

Yanvarda Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları Azərbaycana daimi yaşamaq üçün gələn 197 nəfəri və ölkəmizdən gedən isə 22 nəfəri qeydə alıblar. Ölkə üzrə miqrasiya saldosu müsbət 175 nəfər təşkil edib.