Azərbaycanda koronavirus infeksiyasının yayılması iyunun 13-də başa çatacaq.
NOCOMMENT.az bildirir ki, bu barədə məlumat Sinqapur Texnologiya və Dizayn Universitetinin (SUTD) saytında dərc olunan bir araşdırmada yer alıb.
Alimlərin fikrincə, Azərbaycanda mayın 5-nə qədər koronavirusa yoluxmaların 97%-i, mayın 16-na qədər 99%-i qeydə alınacaq. Sonuncu yoluxma isə iyunun 13-nə təsadüf edəcək və bundan sonra yeni yoluxma halları olmayacaq.
Dünyada isə mövcud koronavirusun yayılması, nəhayət, dekabrın 9-da başa çatacaq.
Pandemiyanın son tarixini hesablamaq üçün alimlər 131 ölkədə koronavirusla bağlı məlumatları təhlil ediblər və aşağıdakı proqnozu hazırlamaq üçün SİR modelindən yararlanıblar: həssas insanlar xəstəliyə yoluxurlar və sonra sağalırlar.