“Diqqət! Dələduzların alış-veriş səhifələrindən vətəndaşların əlaqə vasitələrini ələ keçirərək onları aldadan və kart məlumatlarını ələ keçirmək üçün istifadə etdikləri növbəti səhifə ifşa olundu”.
Bu barədə NOCOMMENT-ə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti – Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzindən məlumat verilib.
Məlumata görə, dələduzlar aşağıdakı tipli veb sayt yaradaraq vətəndaşları aldatmağa çalışır:
https://azerdostavka.shop/tracks/1684209367
“Vətəndaşlara dələduz “alıcıların” əsasən xarici vatsap nömrələri ilə göndərdiyi belə səhifələrə girməmələri tövsiyə olunur!”, – deyə açıqlamada qeyd olunub.