Azərbaycanda bu gün 18 339 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 696 419 nəfər təşkil edir.