Rusiyanın Qarabağda yerləşən sülhməramlı kontingentinə yeni komandan təyin oluna bilər.
NOCOMMENT Sputnik Armenia-ya istinadən xəbər verir ki, general-leytenant Rüstəm Muradov yaxın günlərdə bölgəni tərlk edə bilər. Onun yerinə isə Rusiyanın Cənub Hərbi Dairəsinin komandan müavini, general-leytenant Aleskey Avdeyevin təyin olunması gözlənilir.
Sülhməramlıların yeni rəhbəri bu gün Xankəndiyə gələcək.
Rüstəm Muradovun Ermənistan tərəfinin təkidi ilə əvəzləndiyi bildirilir. Xatırladaq ki, Bakıdan təyyarənin boş qayıtması zamanı Muradav – “Ermənistan hakimiyyəti öz xalqını yalan vədlərlə aldadır”, – deyə açıqlaması ilə gündəmə gəlmişdi.