Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) yeni tədris ilində dərslər ənənəvi qaydada keçiriləcək.
NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu ali məktəbin rektoru Ədalət Muradov deyib.
O qeyd edib ki, dərslərin sentyabr ayından başlayaraq ənənəvi qaydada bərpası üçün hazırlıq işlərinə start verilib: “Hər şey daha yaxşı olacaq”.