Səbail Rayon İcra Hakimiyyətində yeni təyinatlar olub.
NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, Səbail Rayon İcra Hakimiyyəti başçısının əmrinə əsasən, indiyədək icra başçısının müavini postunu tutan Vüqar Nurməmməd oğlu Şixəmmədov başçının 1-ci müavini vəzifəsinə təyin edilib.
Səbail Rayon İcra Hakimiyyəti başçısının digər əmrinə əsasən, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Kəmalə Ləzgi qızı Həşimova müavin vəzifəsinə təyin edilib.