Zaqatala rayonunda 67 yaşlı kişi intihar edib.
NOCOMMENT.az report.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Yengiyan kəndində baş verib.
Kənd sakini, 1954-cü il təvəllüdlü Nuruməhəmməd İsmayılovun meyiti yaşadığı evin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkar edilib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.