Prokurorluq sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində yol qəzasında ölən şəxsin meyitinin yarılmaması müqabilində 600 manat rüşvət istənilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
NOCOMMENT xəbər verir ki, Baş Prokurorluqdan yeniavaz-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin fakt hazırda Lənkəran rayon Prokurorluğunda araşdırılır: “Araşdırmanın nəticəsindən asılı olaraq qanuni qərarın qəbulu təmin ediləcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə Lənkəran Patoloji Anatomiya Birliyində rüşvət faktı ilə bağlı video materiallar yayılıb.