Daşkəsən rayon ərazisində zəlzələ olub.
NOCOMMENT.az xəbər verir ki, Qərb Mərkəzinin məlumatına görə, yeraltı təkanlar yerli vaxtla saat 00:03-də Daşkəsən rayonunda hiss edilib.
Təxminən 2-2,5 bal gücündə olan yeraltı təkanlar bir neçə saniyə davam edib.
Şimal-qərb bürosunun məlumatına görə isə , yeraltı təkanlar Zaqatala və Qax rayonlarında da hiss olunub.
Dağıntı və tələfat haqda məlumat yoxdur.
Report