Somalinin cənubunda “African Airways” aviaşirkətinə məxsus təyyarə qəzaya uğrayıb.
NOCOMMENT.az “Somali Guardian” portalının yerli rəsmi dairələrə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, qəzada 6 nəfər həyatını itirib.
Bildirilir ki, hadisə aviaqəza Bay bölgəsində aeroport yaxınlığında baş verib.
Təhlükəsizlik sahəsində adını açıqlamayan bir məmurun “Reuters”ə verdiyi məlumata görə, təyyarə qəzası nəticəsində 7 nəfər ölüb. Onun sözlərinə görə, təyyarə humanitar yardım çatdırırmış.
Hazırda Rəsmilər insidenti araşdırır.