Torpaqlarımızın bolşeviklər tərəfindən Ermənistana verilməsinin qeyri-qanuniliyi məsələsini qaldırmalıyıq – TƏKLİFbackend

Politoloqdan tarixi TƏKLİF – Bolşeviklərin Ermənistana verdiyi torpaqlarımızı geri tələb etməliyik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənilər onların olmayan Qarabağın tarixi erməni torpağı olduğunu bildirir. Bəs biz, Göyçə, Zəngəzurun Sovetlər tərəfindən Ermənistana verilməsinin qeyri- legitimliyi məsələsini qaldıracayıqmı?

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri politoloq Zaur Məmmədov bildirib.

“Təklif edirəm ki, Azərbaycan bu ildən başlayaraq tarixi Azərbaycan torpaqlarının bolşeviklər tərəfindən birtərəfli qaydada Ermənistana verilməsinin qeyri-qanuniliyi məsələsini qaldırsın”, – deyə politoloq vurğulayıb.

Z.Məmmədov həmçinin bildirib ki, 1922-ci ildə Göyçə və Dilican əraziləri, 1923-cü ildə Naxçıvanın 9 kəndi, 1929-cu ildə Mehri, 1938-ci ildə Sədərək və Kərki kəndlərinin bir hissəsi, 1969-cu ildə Laçın rayonunun Qaragöl yaylağının, Qubadlı rayonunun Çayzəmi ərazilərinin, Qazax rayonunun Kəmərli kənd ərazisinin, Kəlbəcər rayonunun Zod qızıl yatağı ərazisinin bir hissəsi, 1982-ci ildə Qazax rayonunun İncədərə yaylağı, Kəmərli, Aslanbəyli və Qaymaqlı kəndlərinin ərazilərinin hissələri, 1986-cı ildə Qazax rayonunun 2500 hektarlıq otlaq əraziləri Ermənistan tərəfindən müxtəlif adlar altında zəbt edilib.