SOCAR-dan şirkətdəki ölümlə bağlı AÇIQLAMAbackend

SOCAR-dan şirkətdəki ölümlə bağlı AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılır.

NOCOMMENT.az-ın məlumatına görə məsələ ilə bağlı SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov Modern.az-a bildirib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib:

“Əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.

İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik”.

SOCAR rəsmisinin sözlərinə görə, hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib.