Operativ Qərargah yoluxanların sayını AÇIQLADIbackend

Operativ Qərargah yoluxanların sayını AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 225 yeni yoluxma faktı qeydə alınıb, 108 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT.az -a verilən məlumata görə, bu gün koronavirusdan 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 339 062 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 331 537 nəfər müalicə olunaraq sağalıb, 4998 nəfər vəfat edib, aktiv xəstə sayı 2527 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6593, ötən müddət ərzində isə ümumilikdə 3 935 913 test aparılıb.