Ötən həftə ərzində Rusiya sülhməramlı kontingentinin hərbçiləri erməni zəvvarları Qarabağdakı Amaras monastır kompleksinə qədər müşayiət ediblər.
NOCOMMENT xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Bu gün vəzifəmiz zəvvarların təhlükəsizliyini və Amaras monastır kompleksinə müşayiətini təmin etməkdir. Ziyarətgah demarkasiya xəttinin yaxınlığında yerləşir, buna görə də Rusiya sülhməramlı kontingentindən daimi müşayiət və təhlükəsizlik tələb olunur”, – deyə Rusiya sülhməramlılarının sözçüsü Andrey Reznikov bildirib.