Ispaniyada 79 yaşlı qadın narkobaron tutuldubackend

Ispaniyada 79 yaşlı qadın narkobaron tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya və Portuqaliya hüquq-mühafizə orqanlarının keçirdiyi birgə əməliyyat nəticəsində 79 yaşlı qadın saxlanılıb.

NOCOMMENT.az Virtualaz-a istinadən xəbər verir ki, qadın narkotik qaçaqmalçılığı ilə məşğul olan qrupun lideri idi.

Qadın ilə birlikdə 26 və 60 yaşlarında kişilər də saxlanılıb. Onların hamısı İspaniya vətəndaşıdır. Qrup Latın Amerikasından kokain daşınması ilə məşğul idi.

Onlar fəaliyyətlərini Portuqaliyanın Vila Real şəhərində rəsmi qeydiyyatdan keçmiş şirkət yaradaraq həyata keçirirdilər. Axtarış zamanı ofislərində içində kokain olan Dominikan Respublikasından olan konteyner aşkar edilib. Ümumilikdə 15 kq narkotik müsadirə edilib.