Azərbaycan karateçisi İrina Zaretska Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
NOCOMMENT report-a istinadən xəbər verir ki, 61 kq-dan yuxarı çəkidə çıxış edən idmançı yarımfinalda çinli Qonq Li ilə üz-üzə gəlib.
Rəqibinə 7:2 hesabı ilə qalib gələn Zaretska finala yüksəlib.