Qasırğa yüksək gərginlikli xətlərə ziyan vurdu, bir çox insan nasosla təchiz edildiyi üçün nəinki elektrik enerjisini, hətta su təchizatını da itirdi.
NOCOMMENT.az Sputnik-armeniya-ya istinadən xəbər verir ki, bölgənin qubernatoru Razmik Tevonyan bildirib ki, Ermənistanın Ararat rayonunun 10-a yaxın kəndi avqustun 11-də baş vermiş qasırğa səbəbindən işıqsız qalıb.
Qeyd edək ki, güclü külək təkcə Ararat bölgəsində deyil, ölkənin digər bölgələrində, o cümlədən paytaxtda da qeydə alınıb.
Nərmin Vüqarqızı