Politoloq: Paşinyanın əsas hədəfi Türkiyə ilə sərhədləri açmaqdırbackend

Politoloq: Paşinyanın əsas hədəfi Türkiyə ilə sərhədləri açmaqdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistanın blokadadan çıxmanın əsas yolu Cənubi Qafqazda kommunikasiyanın bərpası ilə yanaşı Türkiyə ilə sərhədlərin açılması vacibdir. Paşinyanın əsas hədəflərindən biri budur. Amma bundan öncə mütləq şəkildə Azərbaycan ilə münasibətlər tam yerinə qoyulmalı, sülh müqaviləsi imzalanmalı, Ermənistanın Azərbaycan və Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar”.

Bu barədə politoloq Asif Nərimanlı NOCOMMENT-ə danışıb.

O qeyd edib ki, müharibədən bir neçə ay sonrakı müddətdə Ermənistan mediasında Türkiyə ilə münasibətlərin düzəldiləcəyi barədə qapalı danışıqların getdiyi iddiaları səsləndirilmişdi: “Ankara və Bakının şərtləri həmin danışıqlarda açıqlanıb. Paşinyan Azərbaycan sərhədlərinin delimitasiyasını qəbul edə bilmir. Çünki əgər Azərbaycan sərhədlərinin delimitasiyası həyata keçirilsə, kommunikasiya bərpa edilsə, Paşinyan Azərbaycan sərhədlərini tanımağa məcbur olacaq. Dünən Rusiya Xarici İşlər Naziri sərhədlərin delimitasiyası məsələsinin vacibliyini bir daha gündəmə gətirib. Bu o deməkdir ki, bu barədə müəyyən addımlar atılır”.

Siyasi ekspert Rusif Məmmədsoyun verdiyi açıqlamaya görə , bu məsələlərdə Paşinyana güvənmək çətin məsələdir: “ Son baş verən proseslər onu göstərir ki, Paşinyana inanmaq çox çətindir. Belə ki, sərhəddə intensiv şəkildə atəşkəsin pozulması, sərhədlərin delimitasiya və demarkasiyası prosesini hər vəchlə ləngitməsi buna sübutdur. Paşinyan əvvəlcə mütləq şəkildə sülh sazişi bağlamalıdır və kapitulyasiyanın şərtlərini yerinə yetirməlidir. Daha sonra bütün bu proseslər öz axarı ilə davam edəcək. ”
Nərmin Vüqarqızı