Ermənilər məşhur cizgi filmini yutubdan sildirdilər – SƏBƏBbackend

Ermənilər məşhur cizgi filmini yutubdan sildirdilər – SƏBƏB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya istehsalı olan məşhur “Maşa və Ayı” cizgi filminin Azərbaycandan bəhs edilən son buraxılışı rəsmi yutub platformasından silinib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, sözügedən buraxılış erməni diasporu tərəfindən şikayət edilərək sildirilib.

Həmin bölümdə Azərbaycandan bəhs edilirdi və “Cırtdan” xalq nağılı əsasında hazırlanmışdı.

Buraxılışda Azərbaycanın milli mətbəxinin nümunələri – çörəkdən, dolmadan bəhs edilir, şəkərbura, paxlava nümayiş olunurdu.

Bundan başqa, filmdə məşhur “Cücələrim” mahnısı da səsləndirilirdi.