Valideynlər məktəb binasına buraxılmayacaq.
NOCOMMENT-in məlumatına görə, bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarə olunması şöbəsinin məsləhətçisi Elçin Kərimov deyib.
O bildirib ki, siniflərə giriş zamanı şagirdlərin sosial məsafə və gigiyena qaydalarına əməl olunması, qoruyucu vasitələrdən istifadə edilməsi təmin ediləcək: “37.1 dərəcədən yüksək hərarəti olanlar məktəbə buraxılmayacaq. Şagird sıxlığı çox olan məktəblərdə sosial məsafənin gözlənilməsi ilə bağlı qaydaların müəyyənləşdirilməsi istiqamətində də müzakirələr aparılır”.
Qeyd edək ki, 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.