Rusiyanın Perm Dövlət Universitetinə silahlı basqın olub.
NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər isə yaralanıb.
Məlumata görə, silah səsləri tələbələr arasında təlaşa səbəb olub. Onlar özlərini pəncərələrdən atıblar.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub – hadisədən bir az əvvəl universitet tələbəsi Timur Bəymansurov sosial şəbəkədə silahlı basqına yolladığnı xəbər veribmiş…