BDU-nun qarşısında yaranan tələbə izdihamına aydınlıq gətirilibbackend

BDU-nun qarşısında yaranan tələbə izdihamına aydınlıq gətirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Dövlət Universiteti (BDU) əyani tədrisin bərpa olunması ilə yaşı 18-dən yuxarı olan tələbələrin koronavirus pasportlarının yoxlanılması səbəbindən təhsil müəssisəsinin qarşısında yaranan izdihama aydınlıq gətirib.

NOCOMMENT xəbər verir ki, BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsinin müdiri Günel Orucəliyeva report-un sorğusuna cavab olaraq bildirib ki, universitetdə tələbələrin sayının çoxluğu, həmçinin birinci kursların ilk dərs gününə valideynləri və yaxınları ilə gəlmələri binanın qarşısında izdihamın yaranmasına səbəb olub.

O qeyd edib ki, mühafizəçilərin universitet ərazisindən kənara nəzarət etməyi demək olar ki, mümkün deyil: “Amma hər bir korpusda və fakültələrdə tələbələrin vaksin pasportunun olub olmaması fərdi qaydada yoxlanılır, sosial məsafənin gözlənilməsinə riayət edilir”.