Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun atası Həmid Məmmədyarov da iştirak edib.
NOCOMMENT.az-ın məlumatına görə, görüş zamanı Həmid Məmmədyarov dövlət başçısı və onun xanımı ilə söhbətləşib:
Prezident İlham Əliyev: Salam, necəsiniz? Bu kişini tanıyırsan, Mehriban?
Birinci xanım Mehriban Əliyeva: Salam, necəsiniz? Şəhriyar Məmmədyarovun atasıdır?
Prezident İlham Əliyev: Şəhriyar Məmmədyarovun atasıdır.
Birinci xanım Mehriban Əliyeva: Xoş gördük.
Prezident İlham Əliyev: Şəhriyar necədir?
Həmid Məmmədyarov: Çox sağ olun. Hər şey gözəldir, sağ olun.
Prezident İlham Əliyev: Sağ ol.
Publika.az