Prezident Baydenin yerinə olsaydım, Ərdoğanla İran və Əfqanıstanla bağlı müzakirələr aparardım.
NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Konqresinin Türkiyə üzrə İşçi Qrupunun sabiq rəhbəri Robert Veksler Qlazqoda keçirilməsi planlaşdırılan ABŞ-Türkiyə prezidentlərinin görüşü haqqında danışarkən deyib.
O bildirib ki, bu məsələlərdə Türkiyə daha pozitiv mövqe sərgiləyəcək tərəfdaşlardan biridir:
“İran mövzusunda təkcə İsrail və Körfəz ölkələri ilə deyil, əvvəlcə prezident Ərdoğanla müzakirə aparılmalıdır”.
Axar.az