Mişanın anasından Zelenskiyə: Oğlumu öldürürlərbackend

Mişanın anasından Zelenskiyə: Oğlumu öldürürlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstanın həbsdə olan eks-prezidenti Mixail Saakaşvilinin anası Qiuli Alasaniya Ukrayna dövlət başçısı Vladimir Zelenskiyə müraciət ünvanlayıb.

NOCOMMENT.az xəbər verir ki, Alasaniya oğlunun Ukraynaya ekstradisiya edilməsini Zelenskidən xahiş edib.

“Oğlumu gözlərim önündə öldürürlər. Zelenskiyə müracət etmək istəyirəm. O, əvvəllər bizə xeyli yardım edib. Lakin indi bizə onun dəstəyi və köməyi xüsusilə gərəkdir. Hər hansı formada Mixaili bura, Ukraynaya gətirmək lazımdır. O, burada xüsusi müalicə olunmalıdır ki, yaşasın”, – deyə Saakaşvilinin anası bildirib.

konkret.az