Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 154 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan NOCOMMENT-ə verilən məlumata görə, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 8 nəfər təşkil edib. Ölkədə buster doza vaksinlərin sayına gəlincə, bu göstərici 3 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 10 703 142, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 5 098 684, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 4 593 286 nəfər təşkil edir. Ümumilikdə isə 1 011 172 buster doza vurulub.