“Neftçi”nin aparıcı legioneri bir neçə ölkədən təklif alıbbackend

“Neftçi”nin aparıcı legioneri bir neçə ölkədən təklif alıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Buqrinə təkliflər var, amma ortada rəsmiləşən və ya yekunlaşan bir şey yoxdur”.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu “Neftçi”nin idman direktoru Zaur Əzizov belçikalı futbolçu Sabir Buqrinin komandadan gedəcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirərkən deyib.

Klub rəsmisi bildirib ki, hələlik belçikalı yarımmüdafiəçi ilə sadəcə, maraqlanırlar: “Yəni, hazırda “Buqrin gedir” deyə biləcəyimiz bir vəziyyət yoxdur. Müxtəlif ölkələrdən olan bir neçə klub onun xidmətində maraqlıdır. Onların arasında Azərbaycan təmsilçiləri yoxdur”.

“Neftçi”dən ayrılması gündəmdə olan digər legioner Harramiz Soaresdir. İdman direktoru San-Tome və Prinsipidən olan 31 yaşlı hücumçunun vəziyyətini oyunçunun özü ilə dəyərləndirəcəklərini söyləyib.

Azərbaycan millisinin sabiq futbolçusu Eddi İsrafilovun “ağ-qaralar”a mümkün keçidinə də toxunan Əzizov danışıqların davam etdiyini vurğulayıb.